XƏBƏRLƏR / Seçki

Ən yaşlı kişi seçicinin 109 yaşı var

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək

Ən yaşlı kişi seçicinin 109 yaşı var
İbrahimov Hilal İsa oğlu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda ən yaşlı kişi seçicinin 109 yaşı var.

    "Secki-2024.az" xəbər verir ki, o, 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur.

    Həmin seçicinin adı 29 saylı Sabunçu dördüncü seçki dairəsinin 37 saylı məntəqə seçki komissiyasının seçici siyahısındadır.

    Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.