XƏBƏRLƏR / Seçki

Prezidentliyə namizəd olmaq istəyən 15 nəfərin siyahısı

7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Prezidentliyə namizəd olmaq istəyən 15 nəfərin siyahısı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün bildirib ki, prezident seçkilərində namizəd kimi iştirak etmək üçün 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

    Daha 8 nəfər namizədlik üçün müraciət edib.

    Komissiya onların müraciətlərinə tezliklə baxacaq.

    Beləliklə, prezident seçkilərində iştirak etmək üçün namizədliyinin irəli sürülməsi təsdiq edilən şəxslər aşağıdakılardır:

    1. Prezident İlham Əliyev - Namizədliyi YAP tərəfindən irəli sürülüb;

    2. Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc - Namizədliyi özü tərəfindən irəli sürülüb;

    3. Deputat Fazil Mustafa - Namizədliyi Böyük Qurtuluş Partiyasının tərəfindən irəli sürülüb;

    4. Fuad Əliyev - Namizədliyi özü tərəfindən irəli sürülüb;

    5. Elşad Musayev - Namizədliyi namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

    6. Deputat Qüdrət Həsənquliyev - Namizədliyi Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

    7. Deputat Razi Nurullayev - Namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülüb.

    Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfər isə aşağıdakılardır:

    - Sərvan Kərimov

    - Mətləb Mütəllimli

    - Abutalıb Səmədov

    - Fikrət Yusifov

    - Yusif Bağırzadə

    - Arzuman Abdulkərimov

    - Yunus Oğuz

    - Qulamhüseyn Əlibəyli.

    Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.