XƏBƏRLƏR / Seçki

Deputat seçkilərində 991 namizəd mübarizə aparacaq

Bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov deyib

Deputat seçkilərində 991 namizəd mübarizə aparacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Məclisə seçkilərdə 991 namizəd mübarizə aparacaq.

    Bu sözləri jurnalistlərə müsahibəsində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov deyib.

    Onun sözlərinə görə, artıq seçki prosesinin son mərhələsidir: "Komissiyanın qərarı ilə 6 516 567 seçki bülleteni çap olunub. Bülletenlərdə 991 namizədin adı qeyd edilib. Bu, o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var".

    MSK rəsmisi bildirib ki, bu vaxta qədər namizədlərin bütün təşviqat zamanı bir-birinə qarşı addımları sakit atmosferdə davam edir.

    Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.