XƏBƏRLƏR / Seçki

Məzahir Pənahov ən yaşlı qadın və kişi seçicini elan etdi

Mərkəzi Seçki Komissiyasının iclası olub

Məzahir Pənahov ən yaşlı qadın və kişi seçicini elan etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda ən yaşlı qadın və kişi seçicinin adları açıqlanıb.

    Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda deyib ki, ən yaşlı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatda olan 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. Onun 134 yaşı var.

    M.Pənahov qeyd edib ki, ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində qeydiyyatda olan 1915-ci il təvəllüdlü İbrahimov Hilal İsa oğludur. Onun 108 yaşı var.