XƏBƏRLƏR / Seçki

MSK daha 7 partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb

Ümumilikdə 18 siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

MSK daha 7 partiyanın səlahiyyətli nümayəndəsini qeydə alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi partiyanın növbədənkənar parlament seçkilərində səlahiyyətli nümayəndələrini qeydə alıb.

    Bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə olunub. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Azərbaycan Xalq Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının, Azərbaycan Milli Cəbhə Partiyasının, Azərbaycan Milli İstiqlal Partiyasının, Böyük Azərbaycan Partiyasının və Ağ Partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.

    Qərar səsverməyə qoyularaq qəbul edilib.

    Beləliklə, ümumilikdə MSK 18 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.