XƏBƏRLƏR / Seçki

Naxçıvan və Gəncədə də səsvermə keçirilir

İkinci mərhələdə səsvermə 3 gün dək davam edəcək

Naxçıvan və Gəncədə də səsvermə keçirilir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərin ikinci turu üçün ölkənin Azərbaycanda yaşayan və işləyən vətəndaşlarının səs verməsi başlayıb. Muxtar respublikada yerləşən konsulluqda seçkilərin ikinci mərhələsi üçün səsvermə hüququna malik Türkiyə vətəndaşları artıq səs verməyə başlayıb.

    İlk olaraq, Türkiyənin Naxçıvanda olan Baş konsulu Asip Kaya səs verib. İkinci mərhələdə səsvermə 3 gün dək davam edəcək. Seçkilər səhər saat 08:00-dan 22:00-dək səs verə bilərlər.

    Eyni zamanda Türkiyənin Gəncədəki baş konsulluğunda Türkiyə vətəndaşları üçün ikinci tur prezident seçkilərin səs verməsinə başlayıb. Hər yerdə olduğu kimi Gəncədəki konsulluqda da səhər saat 8-dən seçki məntəqəsi açılıb. Artıq türk vətəndaşları səslərini verməyə gəlirlər.

    Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyası sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

    Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb. Qeyd edək ki, Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçirilir. Səsvermə prosesi Bakıdakı səfirliklə yanaşı, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında baş tutacaq. Seçkilərinin ikinci turu üçün səfirlikdə səsvermə prosesinin başlayacağı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qoyulacaq.