XƏBƏRLƏR / Seçki

Tramp Çini 2020-ci ilin seçkilərə kobud müdaxilədə suçladı

Bu barədə ABŞ Prezidenti millətə 25 dəqiqəlik müraciətində bildirib

Tramp Çini 2020-ci ilin seçkilərə kobud müdaxilədə suçladı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Tramp iddia edirdi ki, Çin 2020-ci il prezident seçkilərindən əvvəl 220 milyon Amerika seçicisinin qeydlərinə qanunsuz olaraq daxil olub və bununla da "tarixin ən böyük seçki ilə bağlı məlumat sızması"nı həyata keçirib.

    "Çin hökuməti ABŞ prezidentinin növbəti seçkilərdə uduzmasını istəyirdi və mənim uduzmağımı istəmələrinin səbəbi, mənim bunları anladığımı, onlara milyardlarla dollarlıq tarif tətbiq etdiyimi və dünyanın ən güclü ordusunu qurduğumu bildikləri idi", - deyə Tramp millətə 25 dəqiqəlik müraciətində bildirib.

    O, ABŞ kəşfiyyat rəsmilərinin Çinin fəaliyyəti ilə bağlı məlumatları gizlətdiyini iddia edib. Tramp istintaq və cinayət ittihamları tələb edib.

    Çindən başqa, Rusiya, İran və Şimali Koreyanın da kəşfiyyat məlumatlarına istinadən "ABŞ seçki infrastrukturunu pozmaq qabiliyyətinə" malik olduğunu iddia edib.

    Vaşinqtondakı Çin səfirliyi Reuters agentliyinə bildirib ki, Pekin "heç vaxt prezident seçkilərinə müdaxilə etməyib və etməyəcək".