XƏBƏRLƏR / Seçki

Müharibə əleyhinə olan "Yabloko" seçkidən kənarlaşdırıldı

Rusiya Ali Məhkəməsi MSK və Prokurorluğun tələbi ilə bu gün partiyanı diskvalifikasiya etdi

Müharibə əleyhinə olan "Yabloko" seçkidən kənarlaşdırıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Ali Məhkəməsi "Yabloko" partiyasını Dövlət Duması seçkilərindən kənarlaşdırıb.

    Bu, hazırkı şəraitdə müharibə əleyhinə mövqe tutan yeganə siyasi qüvvədir. Diskvalifikasiyanın səbəbi absurddur, amma indi başqa bir səbəbə ehtiyac yoxdur - sadəcə bir bəhanə lazım idi.

    Partiyanın diskvalifikasiyası Mərkəzi Seçki Komissiyası və Prokurorluğun nümayəndələrinin "Rodina" partiyasından olan milliyətçilərin iddiasını dəstəkləməsi ilə faktiki olaraq əvvəlcədən müəyyən edilmişdi.

    Görünür, Putin hətta nəzarət etdiyi Dövlət Duması seçkilərində belə sürprizlərdən qorxur. O, bu "tamaşanı" riskə atmamaq qərarına gəlib.

    İndi seçkilər steril olacaq. Əvvəllər bu, əhalinin müxalifət təbəqəsinə buxarı buraxmaq şansı verən hiyləgər manipulyatorların işi idi.