XƏBƏRLƏR / Seçki

Parlament seçkilərinin təşviqatına 9 avqustda başlanacaq

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləridir

Parlament seçkilərinin təşviqatına 9 avqustda başlanacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqata nə zaman başlanacağı məlum olub.

    “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

    Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırmalıdırlar.

    Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.