XƏBƏRLƏR / Seçki

Cəlili və Pezeşkian II turda görüşəcəklər YENİLƏNİR

Bu barədə İran mənbələri məlumat yayıb

Cəlili və Pezeşkian II turda görüşəcəklər YENİLƏNİR
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:32

    İran prezident seçkisində favorit namizədlər Səid Cəlili və Məsud Pezeşkian seçkilərin iyulun 5-də keçiriləcək ikinci turunda prezident postu uğrunda mübarizəni davam etdirəcəklər.

    İranda keçirilən prezident seçkilərinin birinci turunda heç bir namizəd mütləq səs çoxluğu əldə edə bilməyib.

    Məlumatı artıq İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı təsdiqləyib.

    Namizədlərdən heç biri 50 faizdən artıq səs toplaya bilmədiyi üçün seçkilərin ikinci turu keçiriləcək.

    İkinci turda ən çox səs toplayan iki namizəd - islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili yarışacaq.

    Ümumilikdə 24,535,185 bülleten hesablanıb. Pezeşkian 10,415,991 səslə liderlik edir. İkinci yerdə 9,473,298 səslə Səid Cəlilidir. 

    Seçkilərin ikinci turu iyulun 5-i baş tutacaq.

    ***

    10:53

    İranda keçirilən prezident seçkilərində islahatçı Məsd Pezeşkian yenidən önə keçib.

    "Tasnim" xəbər verir ki, 14 milyondan çox səs hesablanıb.

    Seçki komissiyasının son məlumatlarına görə, Pezeşkisn 5,96 milyon seçici dəstəkləyir, mühafizəkar Səid Cəlili isə 5,56 milyon səslə ikincidir.

    ***

    09:13

    İranda keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, mühafizəkarlar qanadına mənsub Səid Cəlili öndə gedir.

    Bu barədə IRIB kanalı məlumat yayıb.

    Məlumata görə, 10,366 milyon səs sayılıb.

    İranın dini lideri Əli Xameneyinin milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi olan Cəlili 4,266  milyon səs toplayıb.

    Məsud Pezeşkiyan 4,244 milyon səslə ikinci, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf 1,385 milyon səslə üçüncüdür.