Paşinyan parlament seçkilərində öz namizədliyini irəli sürdü
Bu barədə o, özü sosial şəbəkədə məlumat yayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi olaraq 2026-cı il parlament seçkilərində "Mülki Müqavilə" partiyasından namizədlərin proporsional siyahısına üzvlüyünə namizədliyini irəli sürüb.
O, seçkilərdə “Qarabağsız Ermənistan” konsepsiyası ilə iştirak edəcəyini açıqlayıb.
Qarabağsız Ermənistan” konsepsiyası ilə 2026-cı il seçkilərinə qatılıram. İnanıram ki, bu, ölkəmizin demokratik və təhlükəsiz gələcəyi üçün yeganə doğru yoldur”, - Paşinyan qeyd edib.
Məktub “Vətəndaş müqaviləsi” partiyasının adından, Nikol Paşinyanın imzası ilə yayımlanıb.
Bu barədə o, özü Facebook səhifəsində məlumat verib.
Qeyd edək ki, indiyə qədər hərbi cani Robert Köçəryan, keçmiş ombudsman Arman Tatoyan və "Özümüz bildiyimiz kimi" hərəkatının ideoloji lideri həbsxanada yatan rusiyalı oliqarx Samvel Karapetyan seçkilərdə iştirak edəcəklərini açıqlayıblar.
Ermənistanda növbəti parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.
1 dəqiqə