Tramp erməniləri Paşinyana səs verməyə çağırdı
Bu barədə ABŞ Prezidenti "Truth Social" şəbəkəsində yazıb
ABŞ Dövlət katibi Marko Rubionun İrəvana səfərindən sonra prezident Donald Tramp Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyanı "TAM və MƏHDUDİYYƏTSİZ" dəstəklədiyi haqda paylaşım edib:
"Ermənistanın Baş naziri Nikol Paşinyan, mənim böyük dostum və liderim, ölkəsini güclü, çiçəklənən və çox təhlükəsiz edir! Nikol mənim Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün SÜLH VƏ ÇİÇƏKLƏNMƏ vizyonumu tam şəkildə bölüşür.
Dövlət katibimiz Marko Rubio bu yaxınlarda Ermənistana səfər etdi və orada hər iki ölkə üçün bir neçə vacib razılaşma imzaladı. Tezliklə ABŞ və Ermənistan beynəlxalq sülh və rifah üçün "Tramp marşrutu" üzərində birgə işləməyə başlayacaqlar ki, bu da Cənubi Qafqazı dəyişdirəcək və gözəl Amerika enerji şirkətlərimizin Orta Asiyadan ABŞ-a qədər çıxış əldə etməsinə kömək edəcək. Bu səbəblərə görə, Nikol 7 iyun 2026-cı ildə yenidən seçilmək üçün mənim TAM və MƏHDUDİYYƏTSİZ dəstəyimə malikdir.
Nikolun köməyi ilə biz ABŞ, Ermənistan, Cənubi Qafqaz və Mərkəzi Asiyanı görünməmiş yüksəkliklərə qaldıracağıq. (Ermənistanı) Yenidən Böyük Edin — MAGA!
Prezident Donald J. Tramp".
1 dəqiqə