 
                                Fevralın 23-ü bazar günü səhər saat 8:00-da Almaniyada Bundestaqa növbədənkənar seçkilər üçün seçki məntəqələri açılıb. Onlar saat 18:00-a kimi işləyəcəklər.
Ölkədə 59,2 milyona yaxın seçici var. Onlardan 24,9 milyonu (42%) 60 yaşdan yuxarıdır. Təxminən 2,3 milyon seçici (3,9%) federal seçkilərdə ilk dəfə səsvermə hüququ qazanmış 18 yaşdan yuxarı gənclərdir.
Daha 200 min Almaniya vətəndaşı xaricdə səs vermək üçün qeydiyyatdan keçib. Onların ümumi sayının təxminən 3-4 milyon nəfər olduğu təxmin edilir. Onlar arasında iştirakın az olmasının səbəbi bürokratik çətinliklər və bülletenlərin poçtla öz ölkələrinə göndərilməsi zərurəti ilə bağlıdır.
Qeyd ed'k ki? Bundestaqdakı 630 yer uğrunda 4 506 namizəd mübarizə aparır ki, onların təxminən üçdə biri qadınlardır.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqə
									1 dəqiqə 
								 
            
             
            
             
            
             
            
             
            
            