XƏBƏRLƏR / Seçki

Ən çox deputatlığa namizədin qeydə alındığı dairə

Dairələr üzrə ən az qeydə alınmış namizədlərin sayı isə 6 nəfərdir

Ən çox deputatlığa namizədin qeydə alındığı dairə
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar ən çox namizəd 12 saylı Xəzər Birinci Seçki Dairəsində qeydə alınıb.

    Bu dairədə 13 deputatlığa namizəd qeydə alınıb.

    Dairələr üzrə ən az qeydə alınmış namizədlərin sayı isə 6 nəfərdir. Bu dairələr 1 saylı Şərur-Sədərək Seçki Dairəsi, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsi, 48 saylı Abşeron Birinci Seçki Dairəsi, 55 saylı Siyəzən-Quba-Xızı Seçki Dairəsi və 76 saylı Lənkəran-Masallı Seçki Dairəsidir