Parlament seçkiləri ilə əlaqədar media üçün iclas keçirilib
Təşkilatçılar: MSK, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurası
Parlament seçkiləri ilə əlaqədar media subyektlərinin nümayəndələri üçün müşavirə keçirilib.
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar avqustun 8-də media subyektlərinin nümayəndələri üçün müşavirə keçirilib.
Mərkəzi Seçki Komissiyasının (MSK), Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən müşavirə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusuna həsr olunub.