XƏBƏRLƏR / Seçki

Bələdiyyə seçkiləri gələn ilin yanvarında keçiriləcək

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov elan edib

Bələdiyyə seçkiləri gələn ilin yanvarında keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda bələdiyyə seçkilərinin gələn il yanvarın 25-dən gec olmayaraq keçirilməsini məqsədəuyğun hesab edib.

    Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

    Pənahov qeyd edib ki, seçkilərin dəqiq tarixi noyabrın sonuna qədər açıqlanacaq.