Azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı
Açıqlamanı jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov verib
Azad edilmiş ərazilərdə hər seçki məntəqəsində təqribən 800-900 seçicinin səs verməsi gözlənilir.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
“Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə 800-900 seçici düşür. Bu kifayət qədər yaxşı rəqəmdir”, - deyə o əlavə edib.
"Xankəndində keçiriləcək növbədənkənar prezident seçkilərində 800-900 seçici səs verəcək." - Məzahir Pənahov deyib.