Bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək
MSK-nın bu günkü iclasında bu məsələyə baxılıb
Noyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxılıb.
İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin gələn il yanvarın 29-da keçirilməsinin məqsədəuyğun hesab edildiyini bildirib. Təklif səsverməyə çıxarılaraq qəbul edilib.