XƏBƏRLƏR / Seçki

İliyana Yotova Bolqarıstandakı seçkilərdə qələbə çalıb

Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilib

İliyana Yotova Bolqarıstandakı seçkilərdə qələbə çalıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunda səslərin hesablanmasının rəsmi nəticələrini açıqlayıb.

    MSK-nın saytında dərc olunan məlumata görə, prezident və vitse-prezident vəzifələrinə namizədlər İliyana Yotova və Kiril Valçev seçicilərin səslərinin 57,636 faizini (1 milyon 77 mindən çox səs) toplayıblar.

    Andrey Gyurov və Georgi Kandev isə 39,402 faiz (təxminən 736 min səs) qazanıblar.

    Nəticələr yerli vaxtla saat 03:00-a olan məlumata əsasən, seçki komissiyalarının protokollarının 98,43 faizinin hesablanması əsasında açıqlanıb.

    Səsvermənin yekun nəticələri noyabrın 4-dən gec olmayaraq elan ediləcək.