XƏBƏRLƏR / Seçki

Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri

"Tələbə siyahısı" səslərin 53,01 faizini qazanıb

Serbiyada təkrar parlament seçkilərinin yekun nəticələri
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Serbiyanın Respublika Seçki Komissiyası (RSK) təkrar səsvermədən sonra parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

    RSK xəbər verir ki, "Tələbə siyahısı" səslərin 53,01 faizini qazanıb.

    Keçmiş prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi "Vahid Serbiya" koalisiyası isə 38,98 faiz səs toplayıb. Digər partiyalar 3 faizlik baryeri keçə bilməyiblər.

    RSK-nın saytında yayılan məlumatda bildirilib ki, 53 seçki məntəqəsində təkrar səsvermə keçirildikdən sonra Serbiyada növbədənkənar parlament seçkiləri üzrə 8 392 seçki məntəqəsinin hamısının nəticələri açıqlanıb.

    İlkin hesablamalara əsasən, 250 yerlik birpalatalı parlamentdə "Tələbə siyahısı" 141, hakim Serb Tərəqqi Partiyası (STP) ətrafında formalaşan Vuçiç koalisiyası isə 103 mandat əldə edəcək.