1162 nəfərin deputatlığa namizədliyi irəli sürülüb
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1162 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Namizədliyi irəli sürülənlər arasında 24 siyasi partiyanın 449 nümayəndəsi var.
Deputatlığa namizədliyi irəli sürülən nəfərdən 999 namizədliyi təsdiqlənib, onlardan 911 nəfərə imza vərəqi verilib. İndiyə qədər 31 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.