Azad edilən ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək
Bu barədə Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında məlumat verilib
Azad edilən ərazilərdə tam məskunlaşma bitmədiyinə görə bu ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında məlumat verilib.
Bələdiyyə seçkiləri 118 saylı Ağdam - Xocalı, 120 saylı Cəbrayıl - Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa - Ağdam - Xocavənd, 125 saylı Zəngilan - Qubadlı seçki dairələri istisna olmaqla 118 seçki dairəsində təşkil olunacaq.
Xatırladaq ki, bələdiyyə seçkiləri yanvarın 29-a təyin olunub.