ABŞ seçkilərində Demokratlar inamlı qalib gəlirlər YENİLƏNİR
Bu barədə CNN və Associated Press xəbər verir
09:42
ABŞ-da Konqresə aralıq seçkilərində Nümayəndələr Palatasına seçkilərdə demokratlar 193, respublikaçılar isə 114 mandat əldə ediblər.
Bu barədə “Associated Press" məlumat yayıb.
Senatda demokratlar 52, respublikaçılar isə 40 mandata sahibdirlər.
Ştatlar üzrə qubernator seçkilərində isə demokratlar 24, respublikaçılar isə 13 yerə sahibdirlər.
***
08:19
CNN xəbər verir ki, ABŞ-da aralıq konqres seçkilərinin ilkin nəticələri Demokrat namizədlərin bir sıra ştatlarda Konqresin hər iki palatasında liderlik etdiyini göstərib.

ABŞ Prezidenti Donald Tramp NYT-yə bildirib ki, ara seçkilərin "nəticələrini qəbul etməyə" və ABŞ Konqresindəki Demokratlarla işləməyə hazırdır.
1 dəqiqədən az