XƏBƏRLƏR / Seçki

MSK səlahiyyətli nümayəndələri qeydə aldı

Bu barədə MSK-nın iclasında məlumat verilib

MSK səlahiyyətli nümayəndələri qeydə aldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyi bu gün təsdiqlənən daha 6 şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb.

    Bu barədə MSK-nın iclasında məlumat verilib.

    Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayin səlahiyyətli nümayəndələrini qeydə alıb.