Mirziyoyevin prezident seçilməsi rəsmən təsdiqləndi
Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası rəsmi məlumat yayıb
Özbəkistanın hazırkı dövlət başçısı Şavkat Mirziyoyev növbədənkənar prezident seçkilərində qalib gəlib.
"RİA Novosti" xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası rəsmi məlumat yayıb.
O, 87.05% səslə yenidən prezident seçilib.
Qeyd edək ki, iyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib.