Prezident olmaq istəyənlərin sayı durmadan artır
Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasnın sədri Fuad Əliyev müstəqil namizəd kimi iştirak edəcək
Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasnın sədri Fuad Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.
Fuad Əliyev APA-ya açıqlamasında deyib ki, seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək, ”Vətəndaş Birliyi” Seçki Qərargahı yaradılıb.
"Vətəndaş Birliyi” Seçki Qərargahına Xəzər Teyyub rəhbərlik edəcək.
Beləliklə Prezident kürsüsünə namizədlik irəli sürənlərin sayı 7-yə çatdı:
- Prezident İlham Əliyev;
- MM deputatı Zahid Oruc;
- MM deputatrı Fazil Qəzənfəroğlu;
- Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev;
- MM deputatı Qüdrət Həsənquliyev;
- MM deputatı Razi Nurullayev;
- müstəqil namizəd Fuad Əliyev.