İlham Əliyevin namizədliyi qeydə alındı
Bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında bəyan edilib
Mərkəzi Seçki Komissiyası (MSK) Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq edib.
Bu barədə Komissiyanın iclasında bildirilib.
Məlumata görə, YAP tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin sənədləri 16 dekabrda MSK-ya təqdim edilib.
İclasda, həmçinin hakim partiyanın səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli şəxsi qeydə alınıb.
Qərarla YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib. Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub. Qərar müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.