XƏBƏRLƏR / Seçki

İrəvandakı seçkilərdə ən çox Paşinyanın partiyası səs yığıb

Seçicilərin 32,57%-i hakim Mülki Müqavilə Partiyasına səs verib

İrəvandakı seçkilərdə ən çox Paşinyanın partiyası səs yığıb
Nikol Paşinyan
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Mərkəzi Seçki Komissiyası İrəvan Ağsaqqallar Şurasına (paytaxtın nümayəndəli orqanı) seçkilərdə səslərin elektron hesablanmasını başa çatdırıb. Sentyabrın 18-i yerli vaxtla saat 06.00-da 475 seçki məntəqəsinin hamısının nəticələrinə yekun vurulub.

    Ermənistan KİV-i xəbər verir ki, 28,46%-lik seçici fəallığı ilə (824,250 seçicidən yalnız 234,553-ü seçki qutusuna gedib) hakim Mülki Müqavilə Partiyası (Baş nazir Nikol Paşinyanın partiyası) qələbə qazanıb. Seçicilərin 32,57%-i (75 463 səs) hakim partiyaya səs verib ki, bu da siyasi qüvvəyə Ermənistan paytaxtının merini müstəqil şəkildə seçmək imkanı vermir. Mətbuat bunu "Pirr qələbəsi" kimi təqdim edib.

    Sentyabrın 17-də keçirilən seçkilərdə ikinci yeri Paşinyanın keçmiş müttəfiqi Hayk Marutyanın başçılıq etdiyi, mötədil qərbyönlü fikirlərini gizlətməyən Milli Tərəqqi Partiyası tutub. Seçicilərin 18,89%-i (43 765 səs) “Milli Tərəqqi”yə səs verib.

    Üçüncü yerdə 15,43% (35 739 səs) ilə rusiyayönlü “Ana Ermənistan” bloku qərarlaşıb.
    Dördüncü yeri Ermənistanın KTMT-dən və Aİİ-dən çıxmasının tərəfdarı olan “Respublika” Partiyası tutub. Onu 11,32% (26,236) dəstəkləyib. Gözlənilən sürpriz 9,68% (22 431) ilə beşinci yerdə qərarlaşan “İctimai səs” Partiyasının yüksək nəticəsi olub.

    Qalan 9 siyasi qüvvə 5 il müddətinə seçilən İrəvan Ağsaqqallar Şurasına daxil olmayıb.