Növbədənkənar Prezident seçkiləri elan olundu YENILƏNİR
İlham Əliyev bununla bağlı sərəncam imzaladı
14:42
Azərbaycan Respublikasında Prezident seçkiləri tarixdə ilk dəfə bütün ölkə üzrə 125 Seçki dairəsində keçiriləcək.
SSRİ dağılandan sonra ilk dəfə olaraq bütün ölkə üzrə: Şuşa, Xankəndi, o cümlədən işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində seçki məntəqələri açılacaq.
Azərbaycanda bəzi seçki dairələrinin ardıcıllıq nömrələri və adları dəyişdirilib. Aşağıda təsdiq edilmiş seçki dairələrinin ardıcıllıq nömrələri və adları verilmişdir:
***
14:36
Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq.
Seçki Məcəlləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.
Beləliklə, 2024-cü il fevralın 7-si - çərşənbə günü qeyri-iş günü olacaq.
***
Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:
1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2023 cü il
Xatırladaq ki, Azərbaycanda növbədənkənar Prezident seçkiləri 2018-ci ilin 11 aprelində keçirilib. Növbəti Prezident seçkisi 2025-ci ildə keçirilməli idi.