XƏBƏRLƏR / Seçki

Cənubi Koreyanın yeni prezidenti Li Çje Myondur

Bu barədə Koreya mətbuatı məlumat yayıb

Cənubi Koreyanın yeni prezidenti Li Çje  Myondur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İyunun 4-də yerli vaxtla saat 06:21-də (Bakı vaxtı ilə 01:21) Koreya Respublikasının yeni prezidenti Li Çje Myonun səlahiyyət müddəti başlayıb.

    Bu barədə Koreya mətbuatı məlumat yayıb.

    Yerli vaxtla saat 06:15 radələrində seçkilərin nəticələrinin rəsmi yekunlaşdırılması və tanınması üçün Mərkəzi Seçki Komissiyasının (MSK) plenar iclası keçirilib.

    "İndi saat 06:21-dir, Mərkəzi Seçki Komissiyası Li Çje Myounun seçildiyini elan edir", - MSK sədri No The Aak deyib. Həmin anda Li Çje Myonun prezidentlik müddəti rəsmən başlayıb. İnauqurasiyanın sadələşdirilmiş formada iyunun 4-də baş tutacağı gözlənilir.

    Əvvəlcə MSK-nın iclasının təxminən bir saat sonra olacağı gözlənilirdi, lakin səslərin hesablanması gözləniləndən tez başa çatıb. Səsvermə bülletenlərinin 100 %-nin hesablanmasından sonra seçki kampaniyası zamanı müxalifətdə olan “Toburo” Demokratik Partiyasını təmsil edən Li Çje Myun 49,4 %, mühafizəkar “Vətəndaş gücü” Partiyasının namizədi Kim Mun Su isə 41,1 % səs toplayıb. “Yeni İslahat” Partiyasının nümayəndəsi Li Çjun Sok 8,3 % səs toplayıb.

    Seçici fəallığı 79,4 faiz olub.