Bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində işğaldan azad edilmiş ərazilərdə saat 15:00-a olan seçici fəallığı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 118 saylı Ağdam-Xocalı – 34,27 faiz (21 min 67 nəfər), 119 saylı Ağdam – 34,12 faiz (20 min 604 nəfər), 120 saylı Cəbrayıl-Qubadlı – 40,3 faiz (22 min 537 nəfər), 121 saylı Laçın – 33,78 faiz (20 min 784 nəfər), 122 saylı Xankəndi – 42,75 faiz (2 min 861 nəfər), 123 saylı Kəlbəcər – 32,03 faiz (19 min 367 nəfər), 124 saylı Şuşa-Ağdam-Xocavənd – 36,39 faiz (9 min 522 nəfər), 125 saylı Zəngilan-Qubadlı dairələri üzrə 39,73 faiz (23 min 849 nəfər) seçici səs verib.