XƏBƏRLƏR / Seçki

Gürcüstanda bələdiyyə seçkilərində hakim partiya liderdir

Seçki bülletenlərinin 73%-i sayılıb YENİLƏNİB

Gürcüstanda bələdiyyə seçkilərində hakim partiya liderdir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 23:05

    Gürcüstan üzrə 3 061 seçki məntəqəsinin 2 233-nün nəticələri və yaxud bülletenlərin 72,95%-i artıq sayılıb.

    Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.

    Nəticələrə əsasən, hakim “Gürcü Arzusu” partiyası yerli seçkilərdə liderlik edir.

    Partiya bələdiyyələr üzrə 81%, Tbilisidə isə 70%-dən çox səs əldə edib.

    ***

    16:22

    Saat 15:00-a olan məlumata əsasən, Gürcüstanda yerli seçkilərdə seçici fəallığı 28,22% təşkil edir.

    Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi (MSK) Natia İoseliani brifinqdə bildirib.

    Onun sözlərinə görə, bu vaxta qədər 991 651 seçici səsvermədə iştirak edib.

    MSK nümayəndəsi deyib ki, seçkilər sakit mühitdə keçir və səsvermə prosesinə təsir etməyən müəyyən insidentlər qeydə alınıb.

    ***

    11:42

    Oktyabrın 4-də Gürcüstanda yerli bələdiyyə seçkilərinda səsvermə davam edir.

    Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani məlumat verib.

    Bildirib ki, saat 10-a olan məlumata görə, 275 min 948 nəfər səs verib. Bu da seçicilərin 7,85 faizini təşkil edir.

    Qeyd edək ki, bu gün Gürcüstan üzrə paytaxt Tbilisi də daxil olmaqla 64 mer və sakrebulun deputatları seçilməlidir.

    Ümumilikdə ölkədə 18 yaşdan yuxarı 3 milyon 130 min 348 seçici 3061 məntəqədə səs verə bilər.

    Səsvermənin gedişatını 28 beynəlxalq və 27 yerli təşkilatın nümayəndəsi izləyir.

    Azərbaycandan bu seçkiləri Mərkəzi Seçki Komissiyasının 2 üzvü müşahidə edir.