Ermənistanın MSK-sı seçkilərin yekun nəticələrini açıqlayıb
Ermənistan mənbələri xəbər verir
Ermənistan Respublikasının Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini elan edib.
Nəticələrə əsasən, hakim "Mülki Müqavilə" partiyası səslərin 49,7 faizini toplayaraq birinci olub.
"Güclü Ermənistan" bloku seçicilərin 23,2 faizinin dəstəyini qazanıb.
"Ermənistan" bloku isə 9,9 faiz səs toplayıb.
Bununla yanaşı, "Çiçəklənən Ermənistan" Partiyası 3,89 faiz səs əldə edib. Partiya parlamentə düşmək üçün tələb olunan seçki baryerini aşa bilmədiyindən qanunverici orqanda təmsil olunmayacaq.
Baş nazir Nikol Paşinyanın "Mülki Müqavilə" partiyası seçkilərdə qalib gəlib və hökuməti təkbaşına formalaşdıracaq.
1 dəqiqədən az