Yunanıstan bir ayda ikinci parlament seçkilərinə hazırlaşır
Əvvəlki seçkidə hakim partiya qələbə qazansa da, birpartiyalı hökumət formalaşdıra bilməyib
İyunun 25-də Yunanıstan vətəndaşları parlament seçkilərində səs vermək üçün bir ay ərzində ikinci dəfə seçki məntəqələrinə gedəcək.
Əvvəlki seçkidə hakim partiya qələbə qazansa da, birpartiyalı hökumət formalaşdıra bilməyib. Seçicilərin yalnız 40,7 faiz səsini qazanan mühafizəkar partiya digər siyasi qüvvələrlə koalisiyaya girməkdən imtina edib.
Ölkənin hazırkı Baş naziri Kiriakos Mitsotakisin partiyasının əsas rəqibi sabiq hökumət başçısı Aleksis Tsiprasın partiyasıdır. Solçuların “Siriza” koalisiyası may seçkilərinin nəticələrini (20,07 faiz) yaxşılaşdırmağa çalışacaq.
Nikos Andrulakisin “Pasok” sosialist hərəkatı isə yeni seçkilərdən sonra ölkənin əsas müxalif qüvvəsi olacağına ümid edir.