XƏBƏRLƏR / Seçki

Rusiya Ermənistandakı seçki haqda mövqe bildirdi

Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova və Putinin mətbuat katibi Dmitri Peskob danışıb

Rusiya Ermənistandakı seçki haqda mövqe bildirdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan seçkiləri müxalifətə görünməmiş təzyiq və Qərbin müdaxiləsi şəraitində keçib.

    Zaxarova bildirib ki, seçkilərdən sonra Ermənistanda Paşinyanın Mülki Müqavilə partiyasına dəstək xeyli azalıb.

    Son seçkilər Ermənistan cəmiyyətinin son dərəcə qütbləşdiyini açıq şəkildə göstərdi.

    XİN sözçüsü bildirib ki, Rusiya Ermənistana qarşı siyasətini Ermənistan rəhbərliyinin atdığı faktiki addımlar əsasında formalaşdırmaq niyyətindədir.

    Lakin Zaxarova keçirilən seçki və onun nəticələrini Rusiya tərəfindən tanıyıb-tanıayacağı haqda fikir bildirməyib.

    Bu arada Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov seçki haqda rəsmi şərh verməkdən çəkinib. O deyib ki, Kreml yekun nəticələr açıqlanana qədər Ermənistan seçkiləri ilə bağlı rəsmi şərh verməyəcək.

    Peskov Kremlin yekun nəticələr açıqlanana qədər Ermənistan seçkilərini qiymətləndirməyəcəyini, lakin səsvermə zamanı çoxsaylı qanun pozuntuları barədə məlumatlar qeydə aldığını söyləyib.

    "Moskva Ermənistan seçkiləri ilə bağlı bütün məlumatları, o cümlədən çoxsaylı qanun pozuntularını diqqətlə qeydə alır", - Kremlin sözçüsü vurğulayıb.

    Cavablardan belə görünür ki, Rusiya rəhbərliyi Ermənistan seçkiləri haqda hələ mövqe formalaşdırmayıb və məmurlar Vladimir Putinin nə deyəcəyini gözləyirlər.