Karapetyan seçkilərin nəticələrini şübhə altına alıb
Rusiyalı iş adamı Paşinyandan dərhal sonra bəyanatla çıxış edib
Samvel Karapetyan seçkilərin nəticələrini şübhə altına almağa çalışır.
Rusiyayönlü "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan "çoxsaylı qanun pozuntuları" və "biabırçı seçkilər" iddia edir. O, "75" nəfərin həbs olunduğunu və "700-dən çox insanın saxlanıldığını" iddia edir.
Karapetyan, həmçinin ilkin hesablamalardan narazıdır və iddia edir ki, şəhərlərdən məlumatlar gəldikdən sonra "rəqəmlər dəyişməyə başlayacaq". Əslində, o, artıq nəticələrə şübhə ilə yanaşmağa çalışır, lakin bu, hələlik onun partiyasının xeyrinə deyil.
Samvel Karapetyan bildirib ki, Ermənistan hakimiyyəti seçkilərdə uduzduqlarını anlayaraq səslərin sayılmasını dayandırıb.
Güclü Ermənistan Partiyasının lideri qeyd edib ki, hakim partiya məlumatların yalnız 30%-i ilə qələbəsini elan edib.
1 dəqiqədən az