XƏBƏRLƏR / Seçki

YAP-ın Mərkəzi Seçki Qərargahının tərkibi məlum oldu

Bugünkü iclasda partiyanın 77 səlahiyyətli nümayəndəsi təyin olunub

YAP-ın Mərkəzi Seçki Qərargahının tərkibi məlum oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin adları məlum olub.

    YAP İdarə Heyətinin bugünkü iclasında partiyanın 77 səlahiyyətli nümayəndəsi və 1 maliyyə məsələləri üzrə nümayəndəsi təyin olunub.