Separatçı Abxaziyada qondarma prezident seçkiləri keçirilir
“Seçkilər”də 135 minə qədər seçici iştirak edəcək

Abxaziyada (Gürcüstandan ayrılmış separatçı bölgə) növbədənkənar “prezident seçkiləri”ndə səsvermə üçün yerli vaxtla saat 08:00-da seçki məntəqələri açılıb. “Exo Kavkaza” xəbər verir ki, səsvermə saat 20:00-a qədər davam edəcək.
Əsas seçki siyahısına əsasən, “seçkilər”də 135 minə qədər seçici iştirak edəcək. Səsvermə üçün 152 seçki məntəqəsi hazırlanıb. Abxaziyadan kənarda Rusiyanın iki şəhərində (Moskva və Çerkessk) “seçkilər” keçiriləcək. Seçkilərdən bir gün əvvəl Türkiyənin Sakarya şəhərində abxaz diasporunun əhəmiyyətli hissəsinin yaşadığı sayt bağlanıb.
Rusiya Mərkəzi Seçki Komissiyası öz nümayəndələrini “prezident seçkilərinə” göndərməmək qərarına gəlib.
“Seçki”nin qalibi seçicilərin ümumi sayından 50% və daha bir səs toplayan şəxs olacaq. “Prezident” postuna beş nəfər namizəddir: Badra Qunba, Adqur Ardzinba, Oleq Bartsits, Robert Arşba və Adqur Xurhumal.