XƏBƏRLƏR / Seçki

Sabahdan prezident seçkiləri ilə bağlı təşviqat başa çatır

Seçkidə yeddi namizəd mübarizə aparacaq

Sabahdan prezident seçkiləri ilə bağlı təşviqat başa çatır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Sabahdan növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq.

    Fevralın 6-da saat 8:00-da təşviqatın aparılması dayandırılacaq.

    Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

    Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

    1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

    2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

    3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

    4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

    5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

    6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

    7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.