XƏBƏRLƏR / Seçki

Azərbaycanda prezident seçkiləri ilə bağlı ən vacib rəqəmlər

Bu il ilk dəfə seçkilər bütün ölkə ərazisində baş tutacaq

Azərbaycanda prezident seçkiləri ilə bağlı ən vacib rəqəmlər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan tarixi seçkilərə hazırlaşır. Fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək.

    Müstəqilliyin əldə edilməsindən indiyə qədər ölkəmizdə ümumilikdə 7 prezident seçkiləri keçirilib. Bu il ilk dəfə seçkilər bütün ölkə ərazisində baş tutacaq. Bu, İkinci Qarabağ müharibəsindən və antiterror tədbirlərindən sonra keçirilən ilk seçkidir.

    Seçkilərlə bağlı vacib rəqəmləri təqdim edirik:

    Namizədlərin sayı: 7

    Qeydə alınmayan namizədlərin sayı: 10

    Seçicilərin sayı: 6 milyon 300 mindən çox

    Ən yaşlı seçici: 124 yaşlı Bari Nəbiyeva 

    İlk dəfə səs verəcək şəxslərin sayı: 590 min nəfər

    Seçki günü 18 yaşı tamam olan şəxslərin sayı: 228

    Çap edilən seçki bülletenlərinin sayı: 6 524 203

    Seçki dairələrinin sayı: 125

    Seçki məntəqələrinin sayı: 6 537 (6 319-u daimi, 218-i isə müvəqqəti)

    Azad edilən ərazilərdə yerləşən məntəqələrin sayı: 26

    Müşahidəçilərin sayı: 86 490

    Xarici müşahidəçilərin sayı: 790

    Veb-kamera quraşdırılan məntəqələrin sayı: 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsi

    Xaricdə: 37 ölkədə təşkil edilmiş 49 seçki məntəqəsi