XƏBƏRLƏR / Seçki

7-ci dəfə deputat seçilənlərin SİYAHIsı

Sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib

7-ci dəfə deputat seçilənlərin SİYAHIsı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sentyabrın 1-də baş tutan növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

    Seçilənlər arasında 7-ci dəfə deputat mandatı qazananlar da var

    1. İmamverdi İsmayılov ilk dəfə 1995-ci ildə seçilib. Zəngilan rayonundan olan siyasətçi 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat mandatı qazanıb.

    2. Eldar İbrahimli 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin ilk çağırışından deputatdır.

    3. Mixail Zabelin birinci, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış deputat seçilib. O, bu dəfə 34 saylı Xətai ikinci seçki dairəsindən mandat qazanıb.

    4. Ziyafət Əsgərov da 1995-ci ildən deputat seçilib. O, bu dəfə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə mandat qazanıb.