Ermənistanda yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə üst-üstə düşür) parlament seçkilərində səsvermə başlayıb.
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) xəbər verir ki, ölkədə 2 milyon 485 min 851 nəfər səsvermə hüququna malikdir.
Ölkə üzrə 2 min 5 seçki məntəqəsi açılıb. Bu seçkilərin nəticələri Ermənistanın yeni baş nazirini də müəyyənləşdirəcək.
Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə - iki blok və 16 partiya iştirak edir. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.
Seçkiqabağı kampaniya əhəmiyyətli xarici təsir şəraitində keçib və ekspertlərin qiymətləndirmələrinə görə, bunun əsas mənbəyi Rusiya olub. Ölkənin aidiyyəti qurumları müxalif bloklar və partiyalar tərəfindən seçicilərin ələ alınması cəhdlərini dəfələrlə qeydə alıb.
Paşinyanın partiyası sorğularda təxminən 30-32% səslə liderlik edir;
Əsas rəqib milyarder Samvel Karapetyanın Rusiyayönlü blokudur və sorğular onun səsinin 10-15% olduğunu göstərir.
Seçki məntəqələri axşam saat 20:00-a qədər açıq qalacaq.
1 dəqiqə