XƏBƏRLƏR / Seçki

İranda yeni prezident seçkilərinin vaxtı açıqlandı

Respublikasının Seçki Qərargahı xəbər verir

İranda yeni prezident seçkilərinin vaxtı açıqlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranda yeni prezident seçkiləri bu il iyunun 28-nə təyin edilib. Müvafiq bəyanatı bazar ertəsi, mayın 20-də İslam Respublikasının Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami verib. Onun sözlərini "Mehr" agentliyi sitat gətirir.

    "Konstitusiya Keşikçiləri Şurasına müraciət olunub ki, namizədlərin qeydiyyatı mayın 28-dən başlasın", - mətbuat katibi bildirib.

    Agentlik xəbər verir ki, eyni zamanda, prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı mayın 28-dən başlayır.