XƏBƏRLƏR / Seçki

Azərbaycanda nə qədər seçici var?

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib

Azərbaycanda nə qədər seçici var?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda seçicilərin sayı açıqlanıb.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında məlumat verib.

    Qeyd olunub ki, ölkədə səsvermə hüququ olan 6 302 093 şəxs var. Seçicilərin 2 997 700 (47,57 %) nəfəri kişi, 3 304 00 (52,43 %) nəfəri isə qadındır. Ən yaşlı qadın seçici 1890, ən yaşlı kişi seçici isə 1920-ci ildə anadan olub.

    Keçmiş məcburi köçkünlərdən ibarət seçicilərin sayı isə 398 899 nəfər olub.

    Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq məntəqə seçki komissiyaları fevralın 5-dək müvafiq seçki məntəqələrinin hüdudlarında seçici siyahılarının dəqiqləşdirilməsi prosesini yekunlaşdıraraq dəqiqləşdirilmiş siyahıları müvafiq dairə seçki komissiyalarına təqdim etməlidirlər. Ən gec aprelin 5-dək seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.