XƏBƏRLƏR / Seçki

Məzahir Pənahov: parlament seçkiləri önə çəkilə bilər

Bunu Mərkəzi Seçki Komissiyasının sədri qurumun bu gün keçirilən iclasında deyib

Məzahir Pənahov: parlament seçkiləri önə çəkilə bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qanunvericiliyə əsasən, bu il noyabr ayında parlament seçkiləri olmalıdır.

    Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

    MSK sədri bildirib ki, seçkilərin müddəti önə də çəkilə bilər.

    “Parlament seçkilərini nəzərə alaraq, seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi ilə bağlı müəyyən işlərə artıq başlanılmalıdır”, - Məzahir Pənahov qeyd edib.