Şimali Makedoniyada ilk dəfə qadın prezident seçilib
Hazırkı prezident yalnız 29 fazi səs yığa bilib
Şimali Makedoniya tarixində ilk dəfə qadın prezident seçilib.
Ölkənin aparıcı müxalifət partiyası olan “Daxili Makedoniya İnqilab Təşkilatı – Makedoniya Milli Birliyinin Demokrati Partiyası”nın namizədi Qordana Silyanovska-Davkova mayın 8-də keçirilmiş prezident seçkilərinin ikinci turunda səslərin 99,75 %-ni emalından sonra 65,14 %-lə öndədir.
Ölkənin Dövlət Seçki Komissiyasının (DSK)
Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirib, o, seçicilərə dəstəyə görə təşəkkür edib və “bu andan etibarən respublikanın bütün vətəndaşlarının prezidenti kimi” çıxış edəcəyini bəyan edib.
Xatırladaq ki, Balkan ölkəsində parlament seçkilərində müxalifət öndədir.