ŞKTR-dəki prezident seçkilərində Tufan Erhürman qalib gəlib
"Anadolu" Agentliyi xəbər verir

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.
"Anadolu" Agentliyi xəbər verir ki, bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.
O, şuranın əvvəl açıqladığı rəqəmləri təkrarlayaraq qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.
Öz növbəsində, T. Erhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib. O bildirib ki, ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək: "Kimsənin bundan şübhəsi olmasın".
***
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman liderlik edir.
Bu barədə məlumat ölkənin Ali Seçki Şurasının açıqladığı rəqəmlərdə öz əksini tapıb.
Belə ki, mövcud 777 seçki qutusundan 735-i açılıb. Məlumata görə, T.Erhürman səslərin 62,80 faizini, müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 faizini toplayıb.
***
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.
Onun sözlərinə görə, səslərin 48,19 faizi hesablanıb.
Bertan Özerdağ bildirib ki, rəsmi olmayan məlumata görə, ən çox səsi Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman alıb. O, səslərin 63,38 faizini alıb. Müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,27 faiz səs toplayıb.
***
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində səsvermə prosesi başa çatıb.
Bu barədə "Anadolu" Agentliyi xəbər verir.
Məlumata görə, səsverməyə yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00) yekun vurulub.