Bələdiyyə seçkilərində 263 nəfərin namizədliyi qeydə alınıb
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib
Bələdiyyə seçkilərində 6 min 218 nəfər namizədlik üçün müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 18-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, prosesdə hələlik heç bir qanun pozuntusu qeyd alınmayıb:
"685 bələdiyyəyə üzvlər seçilir. 5 min 734 seçki məntəqəsi üzrə 5 milyon 876 mindən çox seçici səsvermədə iştirak edəcək. 263 nəfərin namizədliyi artıq qeydə alınıb".