Xaricdə ikinci tur prosesi: Səsvermə mayın 20-də başlayacaq
Bu barədə TRT Haber məlumat yayıb
Prezident seçkilərinin ikinci turunda xaricdə yaşayan türk seçicilər də seçkiyə gedəcək. Bunun üçün lazımi hazırlıq işləri görülür.
Bu çərçivədə 73 ölkədəki 156 nümayəndəlik və gömrük qapılarında səslər verilə bilər.
Xaricdə səsvermə mayın 20-də başlayacaq və mayın 24-də başa çatacaq.
Gömrük qapılarında səsvermə mayın 28-i, saat 17.00-dək mümkün olacaq.
Birinci turda istifadə edilən seçici ünvanları xaricdə səs verəcəklər üçün etibarlı olacaq.
Ən çox türk seçicinin olduğu Almaniyada 13 konsulluq bölgəsində saat 8.00-23.00 arasında səsvermə edilə bilər.
Digər 4 seçki məntəqəsində isə səsvermə saat 9.00-21.00 arasında olacaq.
29 may 2005-ci il tarixindən əvvəl anadan olanlar, yəni birinci turdan sonra 18 yaşı tamam olanlar ikinci turda səs verə biləcəklər.
Bütün səslər mayın 28-də hesablanacaq
Həmin seçicilərdən Ali Seçki Şurasının (YSK) rəsmi internet səhifəsində xarici seçicilər siyahısında qeydiyyatdan keçmələrini yoxlamaları tələb olunur.
Qeydiyyatdan keçməyən seçicilər konsulluğa getməli və xarici seçicilər siyahısında qeydiyyatdan keçməlidirlər.
Səslərin xaricdən Türkiyəyə gətirilməsi birinci turdakı prosesə bənzəyəcək.
Diplomatik kuryerlə Türkiyəyə gətiriləcək səslər mayın 28-də Türkiyədə seçki qutuları bağlandıqdan sonra digər səslərlə birlikdə hesablanacaq.