XƏBƏRLƏR / Seçki

Seçicilərin və seçki məntəqələrinin sayı açıqlanıb

Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib

Seçicilərin və seçki məntəqələrinin sayı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Məclisə seçkilərdə 6477 seçki məntəqəsi fəaliyyət göstərir.

    Bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

    MSK sədri bildirib ki, onlardan 6343 daimi, 134-ü isə müvəqqəti seçki məntəqələridir.

    “Seçicilərin sayı isə 6 421 073 nəfərdir”, - MSK sədri Məzahir Pənahov qeyd edib.

    İşğaldan azad olunmuş ərazilər üzrə 42 mindən çox seçici səs verəcək.

    Azad edilən ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək: "Onların 34-ü daimi, 20-si müvəqqətidir. Amma müvəqqəti seçki məntəqələrinin sayı artırıla bilər," - Pənahov bildirib.